PrimePunch-ın Yaradıcısı

Salam, mən Murad Gurbanli 👋

Murad Gurbanli — PrimePunch founder
Təsisçi
PrimePunch

Uşaqlıqdan bəri həyatımın böyük hissəsi boksla bağlı olub. Bu idman mənə təkcə döyüşməyi deyil, həm də intizamı, səbr etməyi və heç vaxt təslim olmamağı öyrədib.

İllər ərzində müxtəlif turnirlərdə iştirak etmiş, çempionluqlar qazanmış və özümü daim inkişaf etdirməyə çalışmışam. Rinqdə qazandığım təcrübələri indi daha çox insanla bölüşmək istəyirəm.

Məhz buna görə PrimePunch-u yaratdım.

Məqsədim sadədir: Azərbaycanda və dünyanın hər yerində olan insanlara peşəkar boks biliklərini daha əlçatan etmək. İstər yeni başlayırsan, istərsə də özünü inkişaf etdirmək istəyirsən, burada sənə kömək edəcək materiallar və proqramlar tapacaqsan.

🥊🥇